Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda rəis işdən azad olundu - FOTO

Sumqayıtda məmur tutduğu vəzifə ilə vidalaşmalı olub.

Mynews.az xeberle.com-a istinadən məlumat verir ki, Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Rahim Mustafayev işdən azad olunub. Məmurun işdən çıxarılmasının səbəbləri məlum deyil. Hələlik onun yerinə təyinat olmayıb.

Məlumatı dəqiləşdirmək üçün  Rahim Mustafayevlə əlaqə saxlanılıb. R. Mustafayev tutduğu vəzifəni tərk etdiyini təsdiq edib və  öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.

Qeyd edək R.Mustafayev əvvəllər Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru vəzifəsində çalışıb.

2015-ci ilin sonlarından isə Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi vəzifəsində işləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...