Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

YAP-çı gənclərə güzəşt olacaq

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə Bakının  Heydər Əliyev prospektində yeni mərkəzi qərargah inşa olunub.

Mynews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında deyib.

“Hazırda binada son tamamlama işləri görülür. Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Bu bina arxitektura və funksional cəhətdən şəhərə yaraşıq verən müasir tipli binadır”.

Deputat qeyd edib ki, Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim YAP işçiləri üçün yaşayış binası da inşa edilib. 

“İpoteka krediti vasitəsilə YAP  işçilərinin, xüsusilə də partiya sıralarında olan gənclərin  sosial vəziyyətini yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb. Biz bununla bağlı cənab prezidet İlham Əliyev başda olmaqla, YAP-ın icra işçilərinin hər birinə təşəkkür edirik”.

Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı “Sahil” bağı ilə üzbəüzdə yerləşir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...