Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günəbaxan tumundan ENERJİ İÇKİSİ çıxdı - FOTO - FOTOLAR

Tovuzda 4-cü sinif şagirdi marketdən aldığı günəbaxan tumundan enerji içkisi qazanıb.

Metbuat.az bildirir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb. Aldığı enerji içkisini məktəbə gətirən şagird, müəlliminin iradından sonra onu aldığı yerə geri qaytarıb.

Həmin günəbaxan tumlarını satan şirkət ilə əlaqə saxlamğa çalışdıqsa da, mümkün olmadı.

Araşdırmalar göstərir ki, enerji içkilərini istehlak edən yeniyetmələr gələcəkdə siqaret, alkoqol və narkotik maddələrin istifadəsinə meyilli olurlar. Bu səbəblə, həkimlər azyaşlıların enerji içkilərindən istifadəsini məsləhət bilmirlər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...