Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Nərimanov” metrostansiyasının qarşısında qəza - Qadın öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Mynews.az Lent.az-a istinadən xəbər verir ki, metronun “Nərimanov” stansiyasının yaxınlığında - Ağa Nemətulla küçəsində “Toyota Prado” markalı, 90 HG 699 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 55-60 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...