Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məleykəyə "fahişə" deyən Ramiz Məlik efirə çıxdı - "Bu əxlaqsızlıqdır"

ARB-də yayımlanan "Səhər-Səhər" verilişində maraqlı anlar yaşanıb.

Mynews.az-ın məlumatına görə, verilişdə qonaq olan xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı təhqir etməsi haqda danışıb. 

Yazıçı-jurnalist Qan Turalı hər iki xalq artisti arasındakı təhqirlərlə dolu qalmaqala toxunub. Ramiz Məlik jurnalistin Məleykə Əsədova mövzusuna toxunmasına sərt reaksiyası ilə diqqət çəkib. Maraqlıdır ki, xalq artisti bu açıqlamasına görə jurnalisti günahlandırıb. 

"Bu məsələ artıq bitib. Bu, şəxsi məsələdir. Jurnalist tərbiyəsiz olanda, pulunu almaq üçün baxmır ki, qabağında kimdir, onu götürüb verəndə sayta. Əlbəttə ki, bu əxlaqsızlıqdır, jurnalist əxlaqsızlığıdır!"

Aktyorun sərt sözlərinə Qan Turalı "O sözləri siz deməmisiniz ki?" sualı ilə müraciət edib. Ramiz Məlik jurnalistə "Söhbət ondan getmir. Söhbət ondan gedir ki, hörmət lazımdır. Sənətkara hörmət lazımdır! Əgər ağzımnan çıxıbsa, deməli, hirsli olub, o sözləri işlətmişəm. Müzakirə etməyin məni" ifadələri ilə cavab verib.

Qan Turalı isə bu sözləri deyən xalq artistini tənqid edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...