Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Həyat bilgisi" dərsliyində ciddi səhv - Uşaqlara yol hərəkət qaydaları səhv aşılanır

Orta məktəblərdə tədris olunan "Həyat bilgisi" fənninin dərsliyində ciddi səhvə yol verilib.

Mynews.az azxeber.com-a istinadən məlumatına görə, 2-ci sinif şagirdləri üçün nəzərdə tutulan kitabda yol nəqliyyat hadisəsinə həsr olunmuş mövzuda yanlışlıq olub.

Belə ki, kitabın müəllifləri dərslikdə yolu keçərkən 2 dəfə sağa baxmağı məsləhət görürlər. 

Məlumatı portalımıza verən valideyn deyib ki, övladına bu səhvi başa salıb: "Çox savadsız kitab yazıblar. Keçən dəfə mən bu səhvi gördüm, övladıma başa saldınmm ki, burada çap səhvi var, sən onlara inanma. Yoldan keçərkən diqqətli ol. Sən 2 xəttli yolda maşınların hansı təfərdən gəlməsinə bax və o səmtə bax" 

Qeyd edək ki, bu səhv haqda "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu da məlumat verib.

Həmin fotonı təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...