Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Niqablı qızların Bakının mərkəzi küçələrində gəzməsi NARAHATLIQ YARADIR

Son günlər paytaxtn bir neçə ərazisində pərəncəli (niqab - red.) qız uşaqlarına təsadüf edilir.

Mynews.az xəbər verir ki, “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova da yaranan vəziyyətdən narahatdır. Onun sözlərinə görə, bir neçə müddət bundan öncə eyni ərazidə dəfələrlə gördüyü həmin azyaşlılar pərəncəyə bürünüb. Yəni, azyaşlının yalnız baş hissəsi örtülüdür. 

Niqablı qızların Bakının mərkəzi küçələrində gəzməsi NARAHATLIQ YARADIR

M.Zeynalova bu hadisənin təhlükəli ola biləcəyini ehtimal edir: “Bu qız uşaqlarının yalnız baş hissəsi örtülüdür. Onları Yasamal rayonu ərazisi, Azərbaycan Nəşriyyatının qabağında, "Tarqovu" ərazisində görmək mümkündür. Bu qızları bir müddət bundan öncə başı açıq görmüşdüm. Bu məsələdən narahat oldum. Görəsən kimsə buna nəzarət edirmi?”.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidoğlu məsələyə belə münasibət bildirib: “Burda təhlükəli olan nədir? Vətəndaşdır. Tək başı bağlı xanım dyeil, şübhəli şəxs, əşya gördükdə 102 xidmətinə zəng edərək məlumat vermək lazımdır. İki nəfər qız turist də ola bilər. Fakt olmalıdır”. (Cebhe.info)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...