Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mənzilinə çıxarış əldə edənlərin sayı artır - VİDEO

Əmlak Məsələləri Dövlət Komitəsi milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70 faiz icra edib.

Mynews.az bildirir ki, Komitəyə prioritet sahələrdə özəlləşdirmənin həyata keçirilməsi, torpaq bazarının inkişaf etdirilməsi, elektron kənd təsərrüfatının qurulması, qeydiyyat və uçot sisteminin təkmilləşdirilməsi və digər məsələlər tapşırılıb.

Uzun illərdi ki, müxtəlif bölgələrdə torpaqların sərhədlərinin müəyyən edilməsində, eləcə də torpaqlardan təyinatına görə istifadəsində problemlər yaşanırdı.

Odur ki, çətinliklərin aradan qaldırılması üçün torpaqların qeydiyyat sisteminin yaradılması daha da sürətləndirilib.

Yol xəritəsinə uyğun olaraq, bir sıra kampaniyalar da həyata keçirilib. Məsələn, kütləvi çıxarış kampaniyası vasitəsilə minlərlə insan mənzilinə çıxarış əldə edə bilib. Bundan əlavə, müxtəlif dövlət idarələrinin özəlləşdirilməsi həyata keçirilib. Bununla da həmin idarələr özəl şirkətlərin idarəçiliyinə verilərək, dövlət büdcəsinin yükü bir qədər azaldılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun sözlərinə görə, vətəndaşlara şəffaf xidmətlərin göstərilməsi üçün onların bir qismi elektronlaşdırılıb. Nəticədə insanlar vaxt itirmədən Komitənin xidmətlərindən istifadə edə biliblər.

Görünən odur ki, dövlət idarələri Strateji Yol Xəritəsində göstərilən istiqamətlərə çox ciddi əməl edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından olduqca vacibdir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...