Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“ARB Kəpəz” kanalının keçmiş rəhbərinə “Lider TV”-də vəzifə verilir

Xəbər verdiyimiz kimi, “ARB Kəpəz” Müstəqil Teleradio Şirkətinin rəhbəriFuad Cabbarov vəzifəsindən azad olunub.

Mynews.az-ın əldə etdiyi məlumata görə, o, “Lider TV”-yə vitse-prezident təyin olunur.

Mənbə bildirir ki, onun “ATV”-yə vitse-prezident təyin olunması da istisna olunmur. Həmçinin tanınmış aparıcı Lamiyə Ələkbərova da “ATV”-də vitse-prezident təyin olunur.

Xatırladaq ki, “Lider TV”-nin prezidenti Ədalət Əliyev də vəzifəsindən gedir. Bu posta “Antenn” Teleradio Şirkətinin prezidenti Rüstəm Əliyevtəyin edilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...