Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məhkəmə “Faytonçu Nazim”i əməliyyat edən həkim barədə qərar verdi

“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın və onu əməliyyat edən həkim Elman Əzimovun əmlakları üzərinə həbs qoyulub.

Mynews.az-ın xəbərinə görə, bu barədə APA-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib. Vəkil bildirib ki, bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...