Qadın polislər asayişin keşiyində - Bulvarda - VİDEO
Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək... Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, artıq ikinci həftədir ki, Bakının Dənizkənarı Milli Parkında qadın polislər kişi həmkarları ilə birlikdə xidmət aparırlar.
Polis qadınlar həftənin yalnız şənbə və bayram günlərində xidmət başında olurlar. İnsanlarla ünsiyyət zamanı etik davranış qaydalarını əsas götürən xanım polislər işgüzar imiclərini qorumağa da xüsusi diqqət yetirirlər.
Onlar biri qadın, ikisi isə kişi olmaqla, elektromobillərlə ərazini gəzirlər. Səhər saat 9-dan axşam saat 8-ə kimi asayişi qoruyurlar.
Qadınlarla eyni vəzifəni bölüşən kişilər "aslanın erkəyi dişisi olmaz" deyirlər.
Qeyd edək ki, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 921 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 903 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 594 dəfə oxunub