Ekologiya və Təbii Sərvətlər Nazirliyi reyd keçirdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən Mynews.az-a verilən məlumata görə, reyd zamanı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi 10k ünvanında, 43 saylı yanacaqdoldurma məntəqəsinin ərazisində yaşköküstə 24-28 sm diametrliyində iki ədəd Eldar şamı ağacının kəsildiyi və təbiətə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı ərazinin mülkiyyətçisi Elnur İbrahimov barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayon Prokurorluğuna göndərilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1110 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1097 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1097 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1094 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 992 dəfə oxunub