Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Oyal" şirkəti Nizami Gəncəvi ilə bağlı səhvini etiraf etdi - AÇIQLAMA

Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkəti hazırladığı dəftərin üzərində Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin fars ədəbiyyatının nümayəndəsi kimi göstərilməsi məsələsinə aydınlıq gətirib.

“Oyal” şirkətindən “Ölkə.Az”-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq sözügedən problem aradan qaldırılıb:

“Bu məsələ ilə bağlı bir neçə həftə öncə şirkət rəhbərliyinə müraciət olunub. Bəli, biz səhvimizi etiraf edirik. Artıq bununla bağlı müvafiq tədbirlər görülüb, üzərində Nizami Gəncəvi ilə bağlı qeydlər olan dəftərlər satışdan çıxarılıb”. 
Xatırladaq ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib. Sözügedən dəftərlər isə məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkəti tərəfindən hazırlanaraq, satışa çıxarılıb. 

"Oyal" şirkəti Nizami Gəncəvi ilə bağlı səhvini etiraf etdi — AÇIQLAMA

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...