Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xırdalanda 3 gün işıq olmayacaq

Oktyabrın 10-12-si saat 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Mynews.az xəbər verir ki, bu barədə Report-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb "Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.

Yaranmış narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...