Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan biliciləri Baltikyanı ölkələrin intellektual oyunlarında uğurla çıxış ediblər

Rusiya Federasiyasının Kalininqrad şəhərində keçirilən Baltikyanı ölkələrin intellektual oyunlar üzrə Açıq Tələbə Kuboku başa çatıb.

Beynəlxalq festivalın iki günlük proqramında “Nə? Harada? Nə zaman?”, “Erudit-Kvarted” kimi fərdi, eləcə də, “Fərdi oyun” və “Üçlük” kimi komanda oyun distiplinlərinin qalibləri məlum olub. 

30-dan çox Avropa ölkəsinin iştirak etdiyi açıq turnirdə  Azərbaycanı "Atəşgah" klubunun "ExLibris" komandası təmsil edib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrindən ibarət "ExLibris" komandası turniri iki distiplin üzrə medalla başa vurub.

Azərbaycan biliciləri “Üçlük” oyununda  gümüş, “Fərdi oyun”da isə bürünc medal qazanıblar. 

Qeyd edək ki, komandanın tərkibinə Əbdül Quliyev, Nərgiz Qədirzadə, Fərid Əliyev, Tural İsazadə, Eldar Zeynallı və Kamran İbrahimov(komandanın kapitanı) daxil olub. 

Komandanın məşqçisi tarix elmləri namizədi Emil İsgəndərovdur.

“Atəşgah” bilicilər klubu 1989-cu ildən fəalliyyət göstərir və Azərbaycanın ən qocaman intellektual klubudur. Klubun komandaları Azərbaycanı mütəmadi olaraq, müxtəlif beynəlxalq turnir və festivallarda təmsil edirlər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...