Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müəllimin bıçaqlanma xəbəri ilə bağlı universitetdən - AÇIQLAMA

Azərbaycan Dövlət Aqrar Universiteti mətbuatda yayılan bıçaqlanma xəbəri ilə bağlı məlumat yayıb.

Milli.Az-a daxil olan məlumatda deyilir:

“Bir neçə saat əvvəl Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı saytlarda əsası olmayan və ya dəqiqləşdirilməyən xəbər yayılıb. Yayılan xəbərdə bildirilib ki, Universitetin Sənan adlı müəllimi kabinetində bıçaqlanıb.

ADAU-nun mətbuat xidməti bildirir ki, universitetdə Sənan adlı müəllim işləmir və yayılan xəbərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur. Bir daha bildirilir ki, universitetin Sənan adlı müəllim yoxdur və burada bıçaqlanma hadisəsi baş verməyib”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...