Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oğurluqla narkotik alan şəxsin etirafları - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində oğurluqlar törətməkdə şübhəli bilinən Hökməli qəsəbə sakinini saxlayıblar.

Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, narkotik aludəçisi olan 26 yaşlı Ruhan MəmmədovAşağı Güzdək qəsəbəsində şirkətə məxsus qarajdan oğurluq edəndən sonra yaxalanıb.

Qarajdan apardığı açar dəsti, laqonda və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Məmmədov rayon ərazisində çox saylı oğurluq hadisələrini də törətdiyini gizlətməyib. O, oğurluq yolu ilə əldə etdiyi pullarla narkotik maddələrə olan təlabatını ödəyib.

Faktlarla bağlı cinayət işi açılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...