“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurladı
Qəbələ rayonunda yerləşən "Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.
Mynews.az Report.az-a istinadən xəbərinə görə, otelin kassasından 15 min ABŞ dolları oğurlanıb.
Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.
Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb.
Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 913 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 597 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 588 dəfə oxunub
loading...