Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ailə münaqişəsi zəminində qardaş qardaşı bıçaqlayıb

Ötən gün axşam saatlarında Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, 8-ci mədən ərazisində 52 yaşlı Oqtay Fərhad oğlu Qarayev ailə münaqişəsi zəminində öz qardaşı ilə dava edib və nəticədə bıçaqlanıb.

Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilən Oqtay Qarayev dərhal əməliyyat olunub. Zərərçəkmişin çoxlu qan itirməsinə baxmayaraq, həkimlər onun həyatını xilas edə biliblər. Ancaq hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisə yerinə gələn Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin istintaq-əməliyyat qrupu faktı araşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...