Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda xəstəxana partladı - Ölən və yaralananlar var

Güney Azərbaycanın Qoşaçay şəhərinin Fatimeyi-Zəhra xəstəxanasında partlayış baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yanğınsöndürmə Xidmətinin rəisi Yadigar Ləndənian hadisənin süni tənəffüs cihazında yaranmış qısaqapanmadan baş verdiyini deyib.

Uşaqlar bölümü partlayışın baş verdiyi yerə yaxın olduğu üçün 26 uşaq Abbasi xəstəxanasına köçürülüb.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərindəki xəstəxanalar və tibbi avadanlıqlar uzun illərdir yenilənmədiyi üçün vaxtaşırı müxtəlif bədbəxt hadisələr baş verir.

mənbə: axar.az
Azərbaycanda xəstəxana partladı: Ölən və yaralananlar var - FOTOLAR
Azərbaycanda xəstəxana partladı: Ölən və yaralananlar var - FOTOLAR

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...