Bakıda polisləri güllələyən iş adamının qardaşı çıxdı - Şok təfərrüat
Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətova hücum edən “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.
Mynews.az xəbər verir ki, məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Xatırladaq ki, atışma zamanı Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.
Cinayətin motivləri bəlli deyil.
Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.
Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarına gəlincə, məlumatlı mənbələrdən saytımıza bildirilib ki, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu “Toyota Prado” avtomobilini təqib ediblər.
Qara Qarayev prospektindəki “Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə “Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə “Vinçester” markalı tüfəngdən atəş açıb və onu yaralayıb.
Polis əməkdaşları ilə cinayətkarlar arasında atışma başlanıb. Cinayətkarlar aradan çıxmağı bacarıblar.
Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, cinayətkar dəstə üzvləri saxlanılıb.
Bu barədə yaxın saatlarda DİN-in geniş açıqlaması olacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1000 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 962 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 952 dəfə oxunub