Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda kapitan gəmini partladacağı ilə HƏDƏLƏDİ - 102"-yə ZƏNG GƏLDİ

Ötən bazar günü Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının yaddaşında gəmi kapitanının onu partlatmaqla hədələdiyi gün kimi qalacaq.

Mynews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, Xəzər Dəniz Neft Donanmasının Aria-142 gəmisinin kapitanı, 1977-ci il təvəllüdlü Elsevər Qəribov yaşayış yeri ilə əlaqədar problemlə üzləşib.

Onun Biləcəri qəsəbəsindəki yaşayış massivindəki şəxsi evinin uçurulmaq təhlükəsi var. Ona bildiriblər ki, evi Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin sərəncamında olan ərazidə yerləşir. Buna görə də İdarənin əməkdaşları Qəribovlar ailəsinə bildiriblər ki, neft kəmərlərinə yaxın ərazidə yerləşən evləri sökmək məcburiyyətindədirlər.

Bununla əlaqədar olaraq Elsevər Qəribov "102" xidmətinə zəng edərək bildirib ki, əgər onun evini söksələr, o, kapitanı olduğu gəmini partladacaq. Çünki onun və ailəsinin yaşamağa başqa yeri yoxdur.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin əməkdaşları onun müraciətini qeydə alıblar və araşdırma aparmağa başlayıblar. Sonra Qəribov bildirib ki, gəmini partlatmaq niyyəti barədə məlumat verərkən bərk qəzəbli olub.

Bununla belə, Dövlət Neft Şirkətinin mətbuat xidmətindən sayta bildiriblər ki, hazırda SOCAR-ın ərazilərində tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı hər hansı söhbət və ya iş getmir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...