Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda zibilxanadan silah-sursat tapıldı

Bakının Xətai rayonundakı məişət tullantıları yığılan yerlərdən birindən silah-sursat tapılıb.

Mynews.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...