Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Leyla Əliyeva xalq artistləri üçün kömək istədi - VİDEO

İnsanlara kömək üçün çox tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var. Gəlin, birlikdə xeyirxahlıq edək, bununla biz neçə-neçə insana həyat vermiş olarıq.

Mynews.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva İnstaqramda yazıb.

L.Əliyeva paylaşdığı videoda sevilən xanəndə Könül Xasıyeva və dəyərli aktyor Ramiz Əzizbəyli üçün də hər kəsin birləşməsini və onların müalicəsi üçün kömək etmələrini istəyib:
“Kömək etmək niyyətində olanlar istənilən mobil operatordan 999 nömrəsini yığıb, sonra 0 düyməsini basmaqla 50 qəpik, yaxud başqa düymələri, məsələn, 1 düyməsini basmaqla, 1 manat, 5 düyməsini basmaqla 5 manat, 9 düyməsini basmaqla 9 manat yardım edə bilərlər. Həmçinin, 999 qısa nömrəsinə sms də göndərib yardım almaq üçün müraciət edə bilərsiniz. 1 sms-ın qiyməti 50 qəpikdir. İanə etməkçün hər hansı “Kapital Bank”a yaxınlaşıb bank ödəməsi edə bilərsiniz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...