Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Səbail" "Kyran"ı ilə ilk yoldaşlıq görüşündə uduzub

Yanvarın 14-dən etibarən Antalyada toplanışa start verən "Səbail" dünən Qazaxıstan "Kyran"ı ilə ilk yoldaşlıq görüşünü keçirib. Mynews.az-ın məlumatına görə, yerli vaxtla saat 17:00-da start götürən qarşılaşma 20 Yanvar şəhidlərinin xatirəsinə 1 dəqiqəlik sükutla başlayıb.

Birinci hissədə hesabı ilk olaraq "Kyran" açıb. Taleh Babayevin qoluyla hesabı bərabərləşdirən “Səbail” daha sonra Bayram Budaqovun sayəsində hesabda irəli keçib. Fasilədə 10 oyunçu əvəzetməsi reallaşdıran “Səbail” sonda 2:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, I Divizion klubu növbəti yoldaşlıq görüşünü yanvarın 24-ü keçirəcək. Rəqibin adı isə hələ ki, bilinmir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...