Yol polisindən qanunsuz nişanla bağlı - AÇIQLAMA
"Ekspert Ərşad Hüseynovun qanunsuz adlandırdığı yol nişanı küçədən götürülüb".
Mynews.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib.
O bildirib ki, fakt mediada işıqlandırılan kimi dərhal araşdırmalara başlanılıb: “Həmin əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Hazırda da aidiyyəti üzrə tədbirlər görülür. Qeyri-qanuni olduğuna görə nişan dərhal həmin ərazidən götürülüb və kim tərəfindən qoyulduğunu müəyyən etmək üçün kamera görüntüləri incələnir. Bu hadisə son bir neçə gün ərzində baş verib. Yəni, bu günlərdə kimsə bu nişanı özbaşına orada quraşdırıb”.
Polis polkovniki onu da vurğulayıb ki, belə halların yaşanması yolverilməzdir və həmin şəxslər qanunvericilikdə nəzərdə tutulmuş formada məsuliyyətə cəlb olunurlar.
Xatırladaq ki, dünən ekspert Ərşad Hüseynov sosial şəbəkədə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrində saysız-hesabsız çatışmazlıqların olduğunu və hətta qanunda olmayan nişanların yerləşdirildiyini yazmışdı.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1110 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1097 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1097 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1094 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 992 dəfə oxunub