Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qobustandakı ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır.

Mynews.az-ın xəbərinə görə, bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovaməlumat verib.

Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının dördüncü hamiləliyi olub: “Bundan əvvəl həmin qadının bir körpəsi tələf olub. Bu dəfə doğuşdan sonra ananın halı anidən pisləşib və aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün tibbi ekspertiza aparılır. Səbəb məlum olduqdan sonra ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, hadisə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Mərhumun iki qızı olub. Yeni doğulan oğlan isə sağ qalıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...