Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qobustanda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi MƏLUM OLDU

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.

Mynews.az "Report”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşu olub: "Doğuşdan sonra ananın ölümünə ilkin səbəb qanaxma ehtimal olunur. Meyit patomorfoloji təşrihə verilib. Eskpertizanın rəyi, təxminən, bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəbi bilinəcək"

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...