Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı Dövlət Universitetinin bufetində qıza evlilik təklifi edən oğlan danışdı - VİDEO

Günel Bəşirova Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsidir. 25 yaşlı Elvin Salamzadə ilə elə sözügedən universitetdə tanış olub.

Mynews.az bildirir ki, Türkiyədə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan Elvin, təkifi tanış olduqları gündə etmək qərarına gəlib. Evlilik təklifinin bufetdə edilməsinin də xüsusi səbəbi var.

Bufetdə tanış olduqları üçün təklifi də elə bufetdə edən oğlan, sosial şəbəkələrdə məşhur olacaqlarını gözləmədiklərini deyir.

Elvin və Günel hər ikisi də Şəki şəhərindəndir. Onlar noyabr ayının 1-i nişanlanmağa hazırlaşırlar. Günel universiteti bitirdikdən sonra isə Bəşirovlar ailəsinin qapısında toy çalınacaq. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...