Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı
Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Teylor Fətişoğlu) cinayət işi üzrə prosesdə iştirak etməsi üçün Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovarəsmi məktub göndərib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, R. Məmmədov dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun cinayət işi üzrə şahid qismində tanınıb.
T. İbrahimov R. Məmmədovun məhkəməyə çağırılması üçün bir neçə dəfə vəsatət qaldırıb. O, ittiham olunduğu dələduzluq əməlində vasitəçi olduğunu iddia edib.
Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.
20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1126 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1114 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1114 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1111 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1003 dəfə oxunub