Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıt “Şöhrət” ordenli görkəmli pedaqoqunu itirdi - FOTOLAR

Azərbaycan təhsilinə ağır itki üz verib.

Belə ki, Şöhrət” ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirova vəfat edib.

Mynews.az Xeberle.com-a istinadən məlumatına görə, 81 yaşlı pedaqoqun vəziyyəti pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq M. Tahirovanı xilas etmək mümkün olmayıb.

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini,23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. "Əmək igidliyinə görə", "Əməkdə fərqlənməyə görə", "SSRI təhsil əlaçısı", "Respublika qabaqcıl maarif xadimi" döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb, prezident təqaüdçüsüdür.

2006-cı ildə isə "Şöhrət” ordeni ilə təltif edilib.

Xeberle.com olaraq Minarə Tahirovanın vəfatından kədərləndiyimizi bildiririk və yaxınlarına dərin hüznlə başsağlığı  veririk.

Allah rəhmət eləsin!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...