Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Avtobusda yaşlılara yer verməyin" - Tanınmış professor

İctimai nəqliyyat vasitələrində yaşlılara yer vermək müsbət hal kimi qiymətləndirilsə də, mütəxəssislər bunun əksini deyirlər.

Oksford universitetinin professoru düşünür ki, yaşlı insanların ictimai nəqliyyatda ayaq üstə qalması onların sağlamlığı üçün daha xeyirlidir.

Professor Muir Grat yaşlılara oturaq həyat tərzindən uzaqlaşıb, gündə 10 dəqiqə piyada gəzməyi, liftə minmək yerinə pilləkənlərlə çıxmağı tövsiyə edib.

"Yaş artdıqca daha çox hərəkət etməliyik. Gündə 10 dəqiqə piyada gəzin. Lift əvəzinə pilləkənlərlə qalxın. Avtobusda, metroda yaşlı birinə yer verəndə 2 dəfə düşünün. Yaşlılara yer verməyin. Ayaq üstündə qalmaq onlar üçün daha xeyirlidir".

O qeyd edib ki, yaşı 30-dan yuxarı olan şəxslər gündəlik idmanla məşğul olarsa, bədənləri 10 yaşa qədər cavanlaşa bilər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...