Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda narkotiklə tutulan vəzifəli şəxsin kimliyi bilindi - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Report-un yaydığı məlumatda Suraxanı rayon Hövsan qəsəbə Bələdiyyəsinin əməkdaşının üzərində qanunsuz olaraq narkotik vasitələr saxladığı üçün Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunur.
Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. Saxlanılan şəxs inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Hadisənin təfərrüatı ilə bağlı ölkə.az məlumat əldə edib. Belə ki, saxlanılan 1979-cu il təvəllüdlü Quliyev Rövşən Məhsur oğludur. O, Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəliyinin sədri Ağasəlim Əliyevin qızının həyat yoldaşıdır.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...