Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DYP-dan açıqlama - O sürücü xaricdə yaşayır, Bakıya dünən gəlib - VİDEO - FOTOLAR

Bakıda üzərində Ermənistan bayrağı olan avtomobillə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi açıqlama verib.

Mynews.az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az- açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır:

“Bu, Kolumbiyanın bayrağıdır. Tərsinə çevində isə Ermənitsan bayrağı olur. Məlumat aidiyyatı orqanlara ötürülüb. O, adi bir nişandır. Onun Ermənistana aidiyyəti yoxdur. Həmin şəxs avtomobili avtosalondan alıb, xaricdə yaşayır, Bakıya dünən gəlib. İşarənin üzərində üç təbii rəng var, o da Kolumbiyanın bayrağına aid olan bir rəngdir ”.

Metbuat.az saytı olaraq, Kolumbiya və Ermənistan bayraqlarını müqayisə edərkən, Kolumbiya bayrağındakı ilk rəngin açıq sarı olduğunu, Ermənistan bayrağındakı sonuncu rəngin isə narıncıya oxşarlığını görürük. Şəkillərə diqqətlə baxsanız, bunun Kolumbiya bayrağı yox, Ermənistan Bayrağı olduğu aydın olur.

Kolumbiya Bayrağı

Ermənistan Bayrağı
 



Bu da maşındakı işarə

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...