Üzərində Ermənistan bayrağını daşıyan avtomobillər Azərbaycanda satılır - DYP-dan ikinci açıqlama - VİDEO
Üzərində Ermənistan bayrağını daşıyan avtomobillər Azərbaycanda satılır.
Bakıda üzərində Ermənistan bayrağı olan avtomobillə bağlı yeni məlumatlar ortaya çıxıb. Metbuat.az bildirir ki, sözügedən bayrağın Ermənistan bayrağı olduğu faktı müəyyənləşib.
Avtomobil sürücüsü DYP-yə açıqlamasında bildirib ki, üzərində Ermənistan bayrağı olan avtomobili Bakıdakı avtosalonlardan birindən alıb.
Nəticədə, “Euro motorscars” şirkətinə məxsus, üzrərində Ermənistan bayrağı olan avtombillərin Azərbaycanda satılması faktı orataya çıxıb.
Bu məsələ ilə bağlı "Mercedes-Benz"in Azərbaycan ofisi ilə əlaqə saxlamağa çalışırıq... Şirkətin açıqlamasını tezliklə saytımızda dərc edəcəyik.
Bakı Şəhər Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az-a ikinci açıqlamasında bunu təsdiq edib:
"Maşını Azərbaycandakı Mersedes Mərkəzdən alıb. "Mercedes-Benz"in Azərbaycan ofisi ilə məsələni dəqiqləşdirmək lazımdır".
Qeyd edək ki, Vaqif Əsədov Metbuat.az-a ilk açıqlamasında bunun Kolumbiya bayrağı olduğunu bildirmişdi.
Məsələ diqqətimizdədir...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 980 dəfə oxunub
- Emin Ağalarov söz verdi 980 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 978 dəfə oxunub