"Gənclik Mall"da bu mağaza müştərilərə yalançı endirim vəd edir - FOTOFAKT
"Gənclik Mall"da fəaliyyət göstərən "Bershka" mağazası müştəricilərə yalançı endirim vəd edir.
BiG.AZ-a müraciət edən müştərinin şikayəti əsasında məlum olub ki, alınan malların qiyməti kassada dəyişdirilir.
Belə ki, xanımın endirimlə 45 manat dəyərində bəyənib almaq istədiyi paltara kassada 49 manat tələb edilib. Səbəbi soruşulduqda isə kassir tərəfindən kobudcasına texniki səhv olduğu bildirilib.
Amma texniki səhv olduğu deyilməsinə baxmayaraq digər paltarların üzərindən həmin qiymət yığışdırılmayıb.
Görünür, bütün geyimlərin üzərində aşağı qiymətin yazılmağı müştəriləri geyimi almağa cəlb etməkdir.
Sözügedən şikayət əsasında "Bershka" mağazası ilə əlaqə saxlamaq istəsək də, mağaza zənglərə cavab verməyib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 958 dəfə oxunub
- Emin Ağalarov söz verdi 957 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 955 dəfə oxunub