Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Enerji içkilərinin məhv etdiyi ailə - Dramatik həyat hekayəsi - FOTOLAR

Kaliforniyada gənc ailənin başına gələnlər hər gün enerji içkisi içib, normadan kənara çıxan hər bir gəncə dərs olmalıdır. Bu dəhşətli hekayə bəla və dərdin hardan gələcəyini təxmin belə edə bilməyəcimizi bir daha sübut edir.

Mynews.az medicina.az-a istinadən xəbər verir ki, gecə növbəsində işləyən Ostin hər gün çox miqdarda enerji içkisi içməyə o qədər alışıb ki, bəzən bir gecəyə 3-4 banka içki qəbul edirmiş. Bir gecə isə elə iş yerindəcə onun beyninə qan sızıb. Həkimlərin analiz və müayinələrinin nəticəsində məlum olub ki, həddən artıq kofein qəbulu ürəyin və qan dövranının işini pozub. Ostinin beynində 3 ağır əməliyyat keçirilib. 

Lakin həkimlər o qədər də ümidli olmadıqlarını bildiriblər. Ostinin komadan ayılacağı, orqanizmində hansısa izlərin qalıb-qalmayacağı barədə konkret bir şey deməyiblər.

3 həftədən sonra Ostinin övladı doğulub. Lakin o, hələ də o ştatdan bu ştata köçürülür, çoxsaylı əməliyyatlar, fizioterapiya prosedurları keçirmiş. Yalnız 2 aydan sonra onun huşu özünə gəlib və ilk dəfə oğlunu görüb. Bu müddət ərzində arvadı təbii ki, ərindən vaz keçməyib, o, evə yazıldıqdan sonra qulluğunda durub, onun sağalması üçün mübarizə aparıb. 

Ostin hazırda əlil arabasındadır, gəzə bilmir, danışmaqda çətinlik çəkir. Əməliyyatlardan baş və kəllə sümüyü deformasiya olub. 

1 1 1 1
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...