Bakıdan Xarkov və Kiyevə avtobus reysləri açılır
Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə təşkil olunur. Reys həftənin bazar ertəsi və cümə axşamı günləri, saat 11:00-da yola düşür və təxminən 39 saata Kiyevə çatır.
Mynews.az-ın məlumatına görə, Bakıdan Kiyevə 9 noyabr, Kiyevdən Bakıya isə 13 noyabrda ilk reys yola düşəcək. Gediş haqqı 100 manat məbləğindədir.
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə - red.) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün bilet yarı qiymətə nəzərdə tutulub. Yəni, biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətə bilet əldə edə bilərlər.
Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.
Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib. Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 963 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 924 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 915 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 914 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 911 dəfə oxunub