Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”ı təhqir edən müəllif üzr istədi

Xəbər verdiyimi kimi, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel “Qarabağ” – “Atletiko” oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib. O, “Ezik kareoqrafi”  adlı köşəsində  tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik və gülməli görüntü adlandırıb. 

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazı ilə bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib. 

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, yazının müəllifi Mövlud Tezel tənqidlərdən sonra sosial şəbəkələrdə “Qarabağ”dan və Azərbaycan xalqından üzr istəyib.

“Diqqətlə oxusanız görərsiniz ki, yazı sadəcə bu xoreoqrafiya haqqında əyləncəli bir şərhdir. Azərbaycan və Qarabağ xalqını incitdimsə, üzr istəyirəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...