Başqasının kartını tapdı, bankomatdan 940 manat oğurladı
Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib. O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.
Mynews.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.
Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib və bildirib ki, həmin bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından hesabdakı məbləği çıxarıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 925 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub