Evlərin tikintisiylə bağlı Nazirlər Kabinetinin - YENİ QƏRARI
Nazirlər Kabineti “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir.
Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə ara məsafəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla, azaldılmasına yol verilir. Qaydaya əsasən indiyə qədər bu halda qonşu sərhəddəki tikintidə layihədə nəzərdə tutulmayan boşluq olmamalı idi. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədi ilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməzdi. Dəyişikliyə əsasən isə artıq bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruri olacaq.
İndiyə qədər torpaqlardan səmərəli istifadə məqsədi ilə tikinti obyektinin layihələndirilməsi zamanı layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisi (və ya birləşdirilməsi) yanaşı sərhəddəki ortaq divar və ya yanaşı divarlar vasitəsilə həyata keçirilə bilərdi. Bundan sonra isə tikinti obyektinin layihələndirilməsi zamanı layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisi iki paralel və qapalı (boşluqları olmayan) divar vasitəsilə də həyata keçirilə biləcək.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub