Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Saakaşvili mitinq şəhərciyində Hikmət Cavadovla şam etdi

Dünən Gürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili etirazçıların Kiyevdə Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyində olub.

Mynews.az bakupost.az-a istinadən xəbər verir ki, o, etirazçılarla görüşüb və söhbət edib.

Saakaşvili ona dəstək verənlər arasında azərbaycanlıların da olduğunu bildiyini deyərək, şəhərcikdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla görüşmək istəyib. O, diaspor sədri ilə söhbətində mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib. Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir.

H.Cavadov Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib.

Daha sonra Saakaşvili Cavadov və digər həmyerlilərimizlə birlikdə şam edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...