Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda orta məktəbdə faciə

Ucar rayonunda orta məktəbdə ölüm hadisəsi baş verib.

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ucar şəhərinin 2 saylı tam orta məktəbində qeydə alınıb.

Məktəbdə  laborant kimi çalışan Ucar rayon sakini, 1951-ci il təvəllüdlüZeynəb Əjdər qızı Müslümovanın məktəbdə qəflətən halı pisləşib. Məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi Z.Müslümova dünyasını dəyişib.

Onun ürək tutmasından öldüyü ehtimal edilir. Fakt araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...