Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgər dəfn edildi

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu Zeynalov Cabbar Firuddin oğlu bu gün anadan olduğu Saatlı rayonunda dəfn edilib.

Mynews.az-ın APA-nın Mil-Muğan bürosunu istinadən verdiyi xəbərə görə, 18 yaşlı şəhid əsgər rayonun Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində əsgərin xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...