Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qaçan dustaqlardan digəri isə "Qoca"nın özüdür

Ədliyyə Nazirliyi Penitensiar Xidmət iki məhkumun qaçması xəbərini tədiqlədikdən sonra, şəxslər barədə bəzi təfərrüatlar məlum olub.

Mynews.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş Etibar Ələkbər oğlu Məmmədov qəsdən adam öldürmədə (Maddə 120) təqsirləndirilir.

E.Məmmədovun əvvəllər tərbiyə müəssisəsində cəza çəkdiyi bildirilir. Ən ilginc olanı isə, E.Məmmədovun 1996-cı ildə ölkədə böyük rezonans doğuran qətldə ittiham olunmasıdır. Belə ki, həmin il 7 nəfər məhkum həbsxanada nəzarətçini boğaraq öldürüb, daha sonra qaçmağa nail olublar. Həmin 7 nəfərdən birinin məhz E.Məmmədov olduğu qeyd edilir. O, həmin vaxt azyaşlı (16 yaş) olduğu üçün cəzası o qədər də ağır olmayıb.

Kriminal aləmdə tanınan E.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...