Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

MTN polkovnikinin cəzası azaldıldı - YENİLƏNİB

Ləğv edilmiş MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Mynews.az  lent.az-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi prosesdə təqsirləndirilən polkovnik çıxış edib.

O bildirib ki, zərərçəkmiş Vidadi Əzizov xarici ölkənin xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb: "O, həmin şəxslər qarşısında öhdəlik götürüb. Biz də onu şübhəli şəxs qismində saxlamışdıq. Mən isə rəhbərliyin göstərişi ilə onun çantasını götürmüşəm"

M.Əzizov günahsız olduğunu və barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Məhkəmə heyəti müşavirə yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti ləğv edilmiş MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun cəzası azaldılıb və qəti olaraq 3 il azadlıqdan məhrum edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...