Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Erkən nikaha girən qadınlarda hamiləliyin yaratdığı fəsadlar açıqlanıb

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova erkən nikah nəticəsində qadınlarda hamiləliyin fəsadlarından danışıb.

S.Məmədova son illər ölkədə erkən nikahların sayının azaldığını bildirib.
O buna səbəb kimi gənc Azərbaycan qızlarının oxumağı, karyera qurmağı üstün tutmalarını göstərib. 
Erkən nikahların sağlamlığa ziyanına gəlincə, mütəxəssis qeyd edib ki, gənc analar tez-tez hamiləliyin başa çatdırılmaması problemi ilə üzləşirlər: "Çünki gənc anaların bədənləri, qaraciyər, böyrək, qan-damar sistemləri mükəmməl olmadığı üçün onların hamiləliyinin qorunub saxlanılması və sona kimi çatmasında müəyyən problemlər müşahidə olunur".

S.Məmmədova əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdır: "Belə olanda gənc analar mövcud problemləri daha az yaşayırlar".(report)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...