Bu yolda hərəkət məhdudlaşdırılacaq - DİQQƏT!
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Metbuat.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.
Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1008 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 967 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 956 dəfə oxunub
loading...