Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şamaxının 67 yaşlı ilk qadın sürücüsü - VİDEO

40 ildən çoxdur ki, sürücülük edən Şamaxı sakini haqda ARB TV-də maraqlı reportaj yayımlanıb.

Mynews.az xəbər verir ki, 67 yaşlı Şamaxı sakininin gördüyü işləri eşidənlərin matı-mutu quruyur. Uzun illər müəllim kimi fəaliyyət göstərən Qüreyş Məmmədova bəylərin belə çətinliklə öhdəsindən gəldiyi işləri bacarır. Şamaxının ilk qadın sürücüsü sayılır.

Qüreys Məmmədova - Sürücü: "Şamaxıda hamı mənə birtəhər baxırdı. Çünki ilk qadın sürücü idim. Özüm-özümü itirirdim. Təəccüblə baxırdılar. Bakının özündə də maşın sürən qadın az idi".

İlk başlarda valideynləri onun sürücülük etməsinin əleyhinə olsa da dərs dediyi məktəbin uzaq olması onları da yola gətirib. Həm də qızlarının uşaqlıqdan sürücülüyə maraq göstərdiklərini bildikləri üçün ona "VAZ 21-01" markalı avtomobil alıblar.

Adilə Dəmirova - Rəfiqəsi: "Biz kukla ilə oynayanda o maşınla oynayırdı.Gah plastilindən adam düzəldib maışının içinə qoyurdu".

Daha sonra "VAZ 21 011", "06", "07" kimi markaları dəyişərək 67 yaşında gəlib çatıb "Niva"ya. İndi avtomobilindən çox razıdır. Çünki sürücülük edə-edə əməlli başlı avtomobil mütəxəssisi olub.

Oturduğu evi belə özü tikən 67 yaşlı Qüreyş nənə nəvəli nəticəli xoşbəxt ömür sürür. Onu ən çox xoşbəxt edən isə avtomobilidir. Onunla keçən zamanın sürətinə ayaq uydurmağa çalışır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...