Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kreditə görə həbs olunan zamin sərbəst buraxıldı

"AtaBank”dan kredit götürən şəxsə zamin duran Lalə Bunyatovanın həbs edilməsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb. 

Bu barədə vəkil Əkrəm Həsənov məlumat verib.

Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə L.Bünyatova barəsindəki qərar ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 Qeyd edək ki, "AtaBank”dan götürülən kreditə zamin duran Lalə Bunyatovanı 10 gün müddətinə inzibati qaydada həbs edib. Buna səbəb isə onun zamin durduğu şəxsin banka 8701 manat borcu qalmasıdır. Bank kredit borcu olan şəxsin özünü tapa bilməyib. L.Bunyatova "Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşıdır. Lakin icra məmuru bunu müəyyən etməyib və əmək haqqına tutma yönəltmək əvəzinə xanımın həbsi barədə məhkəməyə təqdimat verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...